«Yunayted Kredit Bank» ASC-da Sizin hesablama hesablarınızda yerləşən pul vəsaitlərinizdən sizin kontragentlərinizin (hüquqi və fiziki şəxslərin) xeyrinə nəğdsiz ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilər.
Azərbaycan ərazisində pul köçürmələri pul tapşırığının daxil olması andan 1 saat ərzində həyata keçirilir.
Xarici valyuta ilə pul köçürmələri xarici banklarda əsas dünya valyutası ilə açılmış «Yunayted Kredit Bank» ASC-nin müxbir hesabları şəbəkəsi vasitəsi ilə həyata keçirilir ki, bu da bankın müştərilərinə dünyanın istənilən ölkəsində olan alıcıların xeyrinə ödənişlər həyata keçirmək imkanını yaradır.
Hətta yeganə konversiya edilən valyutada hesaba malik olmaqla siz istənilən valyuta ilə pul köçürmələrini həyata keçirə bilərsiniz: bank sizin tapşırığınız əsasında sizin pul vəsaitlərinizi müvafiq valyutaya konversiya edir və sizin göstərdiyiniz rekvizitlər üzrə köçürür.
Sizin pul vəsaitlərinizin hüquqi şəxslərin hesabına daxil edilməsi bank tərəfindən ödənişsiz həyata keçirilir. Həmçinin fiziki və hüquqi şəxslərin «Yunayted Kredit Bank» ASC-da olan hesablarına ödənişsiz pul köçürmələri həyata keçirilir.