RU  EN
 
Valyuta məzənnəsi 15.10.2010
Alış Satış NBA Alış Satış NBA
USD 0.8010 0.8035 0.8015 GBP 1.2600 1.3000 1.2824
EUR 1.1100 1.1350 1.1252 RUR 0.0263 0.0272 0.0266
Parolu unutmusuz?




Korporativ plasitk kartlar

Bankın maaş layihələr
Ehtiyatlılıq depoziti
Bank ilə Sizin eviniz
Korporativ plasitk kartlar

Yunayted Kredit Bank öz müştərilərinə VİSA İnternational beynəlxalq ödəniş sistemlərinin korporativ plastik kartlarını təklif edir.

Korporativ kartlardan istifadə ezamiyyət, təsərrüfat, nümayəndə və digər hesablamaların ödənilməsi və qeydiyyatı prosesini sadələşdirir, həmçinin hesabatla nəğd pul vəsaitlərini vermək zəruriyyətindən azad etməklə sizin müəssisənizin xəzinə işçilərinin işini azaldır.

Yunayted Kredit Bank korporativ kartını sənədləşdirməklə siz aşağıdakıları əldə etmiş olursunuz:

  • universal ödəniş alətini, onun köməyi ilə siz aviabiletləri, bütün dünya üzrə mehmanxana, restoran, turizm bürolarının xidmətlərini ödəyə biləcəksiniz;
  • bütün dünya üzrə bankomatlarda nəğd pul vəsaitlərinin əldə etmək imkanını;
  • daxil edilən və çıxardılan pul vəsaitlərinin gömrük deklarasiyasından azad etmək imkanını;
  • pul vəsaitlərinin saxlanılması təhlükəsizliyini – kartı itirdikdə bir neçə dəqiqə ərzində onu bağlamaq olar;

Bank hər ay kart sahiblərinə kart üzrə aparılmış əməliyyatlar barədə ətraflı məlumat verir. Kart üzrə cari qalıq barədə məlumatı bankomatlardan, həmçinin telefon açmaqla ala bilərsiniz.

Korporativ plastik kartların əldə edilməsi qaydası

Kartı əldə etmək üçün siz Bankla plastik karta xidmətlərin göstərilməsi barədə müqavilə bağlamalı, ilk ödənişi və sığorta depozitini ödəməlisiniz – kredit xətti olmayan kartlar üçün. Kart fiziki şəxsin – kart sahibi olan təşkilat əməkdaşının adına buraxılır.

Plastik kartların bütün sahiblərinə İnternet-Bankinq sistemi üzrə vəsaitlərin idarə edilməsi imkanı verilir.



©2007, Copyright by United Kredit Bank
All rigths reserved.
Ünvan: N. Rafiyev küç. 49, Bakı, Azərbaycan, AZ1025
tel.: +994 (12) 490 06 41, faks: +994 (12) 490 05 22
Müştəri xidmətləri:
+994 (12) 490 06 44
e-mail: ucb@ucb.az