Bankın dividend siyasəti – səhmdarların məcmu kapitalını və cəlb edilmiş vəsaitləri daxili bazarda düzgün yerləşdirməklə az xərclə yüksək mənfəət əldə etmək, müştərilərə yüksək keyfiyyətli xidmət göstərməklə əməliyyat gəlirlərinin xəcmini artıraraq yüksək gəlir əldə etməkdən ibarətdir. Banklar haqqında Azərbaycan Respublikası və Milli Bankının direktivlərinə zidd olmayan digər bank xidmətlərini göstərməklə gəlir əldə etmək, bütün vergiləri və digər ödənişlərdən apardıqdan sonra yüksək mənfəətliyə malik olmaqla səhmdarlara iştirak paylarına uyğun olaraq gəlir verməkdən ibarətdir. Bunun üçün bankın xidmətinə hüquqi və fiziki şəxslərin cəlbi, filialların regionlara doğru artımını və səhmdarların əlavə kapitalların bankın inkişafına yönəldilməsidir.