SCA BarIsta SkIlls IntermedIate

Təlimə qoşul

Kimlər üçündür? 

Bu təlim tam əsaslı barista kursudur və espresso nəzəriyyəsi üzərinə fokuslanır. Yeni başlayanlar və 2 illik barista təcrübəsi olanlar üçün ideal bir kursdur. Kursun müddəti 3 gündür və sonda sertifikat verilir. "Barista Skills Intermediate" təlimində "Barista Foundation" təlimini bitirən tələbələr iştirak edə bilərlər. Barista bacarıqlarına sahib olan və kofe keyfiyyətinin artırılacağını araşdırmaq və barista işindəki iş funksiyalarına hazırlanmaq istəyənlər üçün idealdır.

SCA BarIsta SkIlls IntermedIate

Proqrama daxil olan mövzular:

  • Kofenin tarixi
  • Kofe dənəciyi
  • Kofe sənayesinin inkişafı 
  • Kofenin çeşidləri və yetişdiyi bölgələr
  • Kofenin yetişdirilmə və yığım üsulları
  • Kofe qovurma prosesi və qovurmanın kofenin dadına təsiri
  • Kofenin təzəliyi
  • Kofe dadım analizi (cupping)
  • Espresso hazırlama prosesi (nəzəriyyə və praktika)
  • Alternativ üsulla kofe hazırlama prosesi (nəzəriyyə və praktika)
  • Su 
  • İş yerinin təmizliyi, baxım və idarəçilik
  • Südlü içkilərin hazırlanma prosesi – "Latte art" (nəzəriyyə və praktika)
  • Xidmət və kafe idarəçiliyi

Təlim müddətində tapşıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr "Specialty Coffee Association" və "United Coffee School" sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə "UCS" qapalı qrupuna dəvət alırlar. Eyni zamanda "UCB" daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edir.
 

Digər təlimlər