SCA BarIsta SkIlls Intermediate

Təlimə qoşul

Kim üçün?

SCA Barista Skills Intermediate kursu, əsaslı barista kursudur və espresso teoriyası üzərinə fokuslanır. Yeni başlayanlar ilə 2 ilə qədər barista olaraq işləyənlərə uyğun bir kursdur. Kursun müddəti 3-7 gündür və beynəlxalq SCA sertifikat daxildir. Barista Skills Intermediate təlimində Barista Skills Foundation təlimini bitirən tələbələr iştirak edə bilərlər. Barista bacarıqlarına sahib olan və kofe bilik və keyfiyyətinin artırılacağını araşdırmaq və barista işindəki iş funksiyalarına hazırlanmaq istəyənlər üçün idealdır.

SCA BarIsta SkIlls Intermediate

Proqrama daxil olan mövzular:

  • Kofenin tarixi
  • Kofe dənəciyi
  • Kofe sənayesinin inkişafı
  • Kofenin çeşidləri və yetişdiyi bölgələr
  • Kofenin yetişdirilmə və yığım üsulları
  • Kofe qovurma prosesi və qovurmanın kofenin dadına təsiri
  • Kofenin təzəliyi
  • Kofe dadım analizi (Cupping)
  • Espresso hazırlama prosesi (izahlı/praktiki)
  • Alternativ üsulla kofe hazırlama prosesi (izahlı/praktiki)
  • Su
  • İş yerinin təmizliyi, baxım və idarəçilik
  • Südlü içkilərin hazırlanma prosesi – Latte art (izahlı/praktiki)
  • Kofe dadım analizi (Cupping)
  • Xidmət və Kafe idarəçiliyi

 

Təlim müddətində tapşıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr beynəlxalq SCA (Specialty Coffee Association)United Coffee Academy sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə UCA qapalı qrupuna dəvət alırlar. Eyni zamanda UCB daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edirlər.

Digər təlimlər