Haqqımızda

United Coffee Beans təzə qovrulmuş xüsusi keyfiyyətli (specialty) kofeni Azərbaycanda təqdim edən yerli markadır. 2018-ci il 11 Yanvar Bakı şəhərinin mərkəzi və tarixi küçələrindən birində ilk filialımızı açmışıq. Açıldığımız ilk gündən bənzərsiz bir “third wave coffee” təcrübəsini yaşatmağı məqsəd etmişik. “Specialty” kofe, beynəlxalq 100 ballıq kofe dəyərləndirmə cədvəlində 80 bal və üzəri olan kofelər sayılır. Bu kofe çeşidləri, hazırlanma prosesində iştirak edənlərin harmoniya və əvvəldən sonadək yüksək standartlara və əla nəticəyə fokuslanmasından əmələ gəlir. Bu kofelər ideal iqlim şəraitində yetişdirilir və minimum və ya yox dərəcədə deffekti olan xüsusiyyətlərə malikdir.

Ünvan