SCA BarIsta SkIlls FoundatIon

SCA BarIsta SkIlls FoundatIon
Qiymət: 650 AZN
Təlimə qoşul

Kim üçün?

Bu kurs kofeyə yeni başlayanlar üçün uyğundur. Proqram barista peşəsinin əsas bacarıqlarını sıfırdan mənimsəmək istəyən, iş təcrübəsi və ya xüsusi təhsili olmayan şəxslər üçün hazırlanmışdır. Kurs həm praktik bacarıq təhsili, həm də kofe nəzəriyyəsi ilə dərin tanışlıq təmin edir. Kursun müddəti 2-3 gündür və qiymətə beynəlxalq SCA (Specialty Coffee Association) sertifikatı daxildir.

SCA BarIsta SkIlls FoundatIon

Proqrama daxil olan mövzular:

  • Kofenin tarixi
  • Kofe sənayesinin inkişafı
  • Kofenin çeşidləri və yetişdiyi bölgələr
  • Kofenin yetişdirilmə və yığım üsulları
  • Kofe qovurma prosesi və qovurmanın kofenin dadına təsiri
  • Kofenin təzəliyi
  • Kofe dadım analizi (Cupping)
  • Espresso hazırlama prosesi (izahlı/praktiki)
  • Alternativ üsulla kofe hazırlama prosesi (izahlı/praktiki)
  • Suyun keyfiyyəti
  • İş yerinin təmizliyi və baxım

 

Təlim müddətində tapşıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr beynəlxalq SCA (Specialty Coffee Association) United Coffee Academy sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə UCA qapalı qrupuna dəvət alırlar. Eyni zamanda United Coffee Beans daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edirlər.

Digər təlimlər