BarIsta Course

Təlimə qoşul

Kimlər üçündür?

Proqram barista peşəsinin əsas bacarıqlarını sıfırdan mənimsəmək istəyən, iş təcrübəsi və ya xüsusi təhsili olmayan şəxslər üçün hazırlanmışdır. Kurs həm praktikİ bacarıq təhsili, həm də kofe nəzəriyyəsi ilə dərin tanışlıq təmin edir.

Biz nə öyrədirik?

  • Kofenin tarixi 
  • Kofe sənayesinin inkişafı və 3-cü dalğa kofe
  • Kofenin torpaqdan fincana qədərki olan prosesi ilə tanışlıq
  • Kofe içkilərinin hazırlanması və hazırlığında olan bütün səhvlərin işlənməsi
  • "Latte Art"ın əsasları ilə tanışlıq - süd köpüyü üzərində incəsənət
  • 15 akademik saatlıq praktiki və nəzəri biliklər, mühazirələr, dequstasiya və məsləhətləşmələr

Siz nə əldə edirsiniz?

  • Kofe mədəniyyəti və barista standartları haqqında məlumat
  • Kofe avadanlıqları ilə tanış olub, peşəkar avadanlıqlarla işləmə bacarığı
  • Kofe içkilərinin hazırlanması üçün bütün klassik texnologiyalar haqqında bilik
  • "Latte Art" texnikalarını mənimsəmək
  • Evdə alternativ üsullarla kofe dəmləmək bacarığına yiyələnmə
  • Təlim müddətində tapşıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr "United Coffee School" sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə "UCS" qapalı qrupuna dəvət alırlar. Eyni zamanda "UCB" daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edir.

Digər təlimlər