Bu kurs kofeyə yeni başlayanlar üçün uyğundur. Proqram barista peşəsinin əsas bacarıqlarını sıfırdan mənimsəmək istəyən, iş təcrübəsi və ya xüsusi təhsili olmayan şəxslər üçün hazırlanmışdır. Kurs həm praktik bacarıq təhsili, həm də kofe nəzəriyyəsi ilə dərin tanışlıq təmin edir. Kursun müddəti 2-3 gündür və qiymətə beynəlxalq SCA (Specialty Coffee Association) sertifikatı daxildir.
SCA BarIsta SkIlls FoundatIon
Proqrama daxil olan mövzular:
Kofenin tarixi
Kofe sənayesinin inkişafı
Kofenin çeşidləri və yetişdiyi bölgələr
Kofenin yetişdirilmə və yığım üsulları
Kofe qovurma prosesi və qovurmanın kofenin dadına təsiri
Kofenin təzəliyi
Kofe dadım analizi (Cupping)
Espresso hazırlama prosesi (izahlı/praktiki)
Alternativ üsulla kofe hazırlama prosesi (izahlı/praktiki)
Suyun keyfiyyəti
İş yerinin təmizliyi və baxım
Təlim müddətində tapşıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr beynəlxalq SCA (Specialty Coffee Association) və United Coffee Academy sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə UCA qapalı qrupuna dəvət alırlar. Eyni zamanda United Coffee Beans daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edirlər.