Barista təməl kursu

Barista təməl kursu
Qiymət: 450 AZN
Təlimə qoşul

 

 

Kim üçün?

Proqram barista peşəsinin əsas bacarıqlarını sıfırdan mənimsəmək istəyən, iş təcrübəsi və ya xüsusi təhsili olmayan şəxslər üçün hazırlanmışdır. Kurs həm praktik bacarıq təhsili, həm də kofe nəzəriyyəsi ilə dərin tanışlıq təmin edir.

Nə öyrənəcəyik?

  • Kofenin tarixi
  • Kofe Sənayesinin inkişafı
  • Kofenin torpaqdan fincana qədərki olan prosesilə tanışlıq
  • Kofe içkilərinin hazırlanması və hazırlığında olan bütün səhvlərin işlənməsi
  • Latte Art-ın əsasları ilə tanışlıq ( süd köpüyü üzərində rəsmlər)
  • 15 akademik saatlıq (2-3 gün) praktik və nəzəri biliklər, mühazirələr, dequstasiya və məsləhətləşmələr

 

Nə əldə edəcəksiniz?

 

  • Kofe mədəniyyəti və barista standartları haqqında məlumat
  • Kofe avadanlıqları ilə tanış olub, peşəkar avadanlıqlarla işləmə bacarığı
  • Kofe içkilərinin hazırlanması üçün bütün klassik texnologiyalar haqqında bilik
  • Latte Art texnikalarını mənimsəmək (süd köpüyü üzərində rəsm)
  • Evdə alternativ üsullarla kofe dəmləmək bacarığına yiyələnmək
  • Öyrəndiyiniz təməl biliklərlə hər hansı bir kofeşopda Barista olaraq işləmək imkanı

Təlim müddətində tapşırıqları uğurla yerinə yetirən və təlimin sonunda imtahandan uğurla keçən tələbələr United Coffee Academy sertifikatı alacaqlar. Təlimdən keçmiş hər bir tələbə UCA qapalı qrupuna dəvət alırlar. Eyni zamanda United Coffee Beans daxilində təşkil edilmiş müxtəlif tədbirlərə dəvət, baristalarla və bar arxası proseslərlə tanışlıq şansı əldə edirlər.

Digər təlimlər