Dad profili: çiyələk notları, incə turşuluq, şəkərqamışı şirinliyi və muskat qozu var.
Ruandanın Qərb bölgəsində yerləşən Rugali Yuma Stansiyası 1,550 - 1,800 metr yüksəklikdə fəaliyyət göstərir. 2016-cı ildə qurulan bu stansiya qısa müddətdə regionun ən böyük və önəmli mərkəzlərindən birinə çevrilib. Balthazar Ndikubwimana rəhbərliyi altında Rugali, təxminən 1,150 kiçik fermerlə əməkdaşlıq edir və illik olaraq təxminən 500 ton kofe giləmeyvəsi qəbul edir. Diqqətli emal və güclü əməkdaşlıq sayəsində burada Ruandanın keyfiyyətini və potensialını əks etdirən təmiz və stabil kofelər istehsal olunur.